House
Gazelli
Gazelli House ruhun, bədənin və zehnin harmoniyasının təcəssümüdür. 2003-cü ildə əsası qoyulmuş gözəllik, fiziki və mənəvi sağlamlıq mərkəzi "Gazelli House" Bakının tam mərkəzində yerləşir.
Divarlarına tarix və inanılmaz atmosfer hopmuş qədim dördmərtəbəli bina, hər qonağın burda özü üçün xüsusi bir şey tapmağı ilə yanaşı, özündə də "xüsusi" bir şey kəşf edəcəyi ayrı bir dünyanı ehtiva edir.

«Ruhun və bədənin harmoniyası,
mənəvi və fiziki kamilliyin vəhdəti».
Gözəllik, fiziki və mənəvi sağlamlıq mərkəzi, kosmetoloji prosedurlar, dadlı yeməkləri olan kafe, möhtəşəm kosmetik məhsullar təklif edən mağaza, dünyanın müxtəlif yerlərindən gətirilmiş fərqli suvenirlər olan guşə, gözəllik salonları, kitabxana, sənət qalereyası, elmi-tədqiqat laboratoriyası — bütün bunları özündə ehtiva edən Gazelli House ruhun, bədənin və zehnin harmoniyasının təcəssümüdür.

Məqsədimiz şəhərdən çıxmadan yüksəksəviyyəli müalicə xidmətlərinin təmin edilməsi və nəticələrin uzunmüddətli dəstəklənməsidir.
Gazelli House-un kosmetologiya şöbəsi qabaqcıl qulluq prosedurları, yüksəkixtisaslı ekspertlərlə konsultasiya və fərdiləşdirilmiş proqram seçimini özündə birləşdirən bir məkandır.
Gazelli House-un ikinci mərtəbəsində eyni vaxtda bir neçə müalicəvi mərkəz yerləşir: daxili aləmə səyahət seansları üçün studiya, aroma-kouç kabineti və energetik masaj otağı. Öz potensialınızı ortaya çıxarın, meditasiya texnikalarını öyrənin, daxili "mən"inizi daha yaxından tanıyın, enerji ilə dolun, özünüzü və ətrafınızdakı dünyanı dəyişin.
İdman sağlam həyat tərzinin zəruri hissəsidir. The Gymnasium və Reforma Studio həyat tərzini dəyişmək, öz bədəni və ruhu ilə məşğul olmaq istəyənlər üçün mükəmməl həll üsulu olacaq.
Xarici gözəllik daxili gözəlliyin əksidir. Yeni obraz yaradın, saç düzümünüzü dəyişin, mütəxəssislərimizin qulluğundan həzz alın və ya öz imicinizi tamamilə dəyişin — salonlarımızın ustaları öz işlərinin əsl peşəkarlarıdır!
500-dən çox analizlə məşğul olan elmi-tədqiqat profilaktik laboratoriyasıdır.
Gazelli Art House fəaliyyətləri yeni başlayan istedadların dəstəklənməsinə və dünyaşöhrətli rəssamların sərgilərinin təşkilinə yönələn müasir incəsənət qalereyasıdır. Qalereya qlobal icma layihələri çərçivəsində, eyni zamanda London və Bakının sərgi salonlarında müxtəlif auditoriyalar üçün zəngin və dinamik proqram təklif edir.

Soroka Concept Store dünyanın hər yerindən diqqətlə seçilmiş məhsullar təklif edir. Vintaj zinət əşyaları, müasir brendlər, dulusçu və sənətkarların bənzərsiz əl işləri həqiqətən mağazamızın hər guşəsini saatlarla öyrənmək istəyəcəyiniz təkrarolunmaz bir yerə çevirir. Sorokanın hər şeylə maraqlanan "gözləri" sevimli qonaqlarına ilham verməyə, onları sevindirməyə can atır.
Zərif təamlar, dadların inanılmaz uyğunluğu, təravətli mövsüm məhsulları, geniş seçim palitrası — Gazelli Café-də dadlı yemək və yaxşı kollektivlə vaxt keçirməklə yanaşı, həm də ruhən istirahət edə, müasir dünyamızda bəzən çatışmazlığını yaşadığımız daxili harmoniya və rahatlıq hiss edə bilərsiniz.
Gazelli Wellness Club sadəcə sağlamlıq mərkəzi deyil. Bu, tibbi profilaktikanın, innovativ avadanlıqların, diqqətlə seçilmiş mütəxəssislərin, masaj və spa prosedurları üzrə geniş seçimli xidmətlər spektrinin birləşməsidir. Bu, yalnızca hər kəsin dincələ biləcəyi deyil, eyni zamanda öz mənəvi və fiziki sağlamlığı üçün faydalı vaxt keçirəcəyi yerdir.
Gazelli nədir?
Made on
Tilda