Reformer üzərində pilateslə məşğul olmaq kürək əzələlərinin möhkəmlənməyinə, qamətin yaxşılaşmağına, əzələlərin dərindən işlənməyinə və ümumilikdə sağlamlığın möhkəmlənməyinə səbəb olur.
Klassik pilates Cozef Pilates tərəfindən işlənib-hazırlanmış məşhur fiziki hərəkətlər toplusudur. Gazelli House-da pilates üzrə məşğələlər sayəsində siz nəinki bütün əzələlərinizi möhkəmləndirəcəksiniz, həm də çəkinizi tənzimləyəcək, gərginliyinizi azaldacaq, stresdən qurtulacaq və inanılmaz enerji alacaqsınız.
"Rəqs gözəlliyə çatmaq, hər əzələyə sahib olmaq və onları xoşbəxtliyə doğru istiqamətləndirmək üçün bir vasitədir." Gazelli House-da beynəlxalq rəqslər, salsa, baçata, Argentina tanqosu rəqsləri üzrə dərslər keçirilir. Müxtəlif rəqs texnikalarını öyrənmək, inanılmaz ritmik musiqidən zövq almaq və bütün gün üçün enerji qazanmaq. Rəqs həyatın ritmidir.