Gözəllik, fiziki və mənəvi sağlamlıq mərkəzi, kosmetoloji prosedurlar, dadlı yeməkləri olan kafe, diqqətlə seçilmiş kosmetik məhsullar təklif edən mağaza, dünyanın müxtəlif yerlərindən gətirilmiş fərqli suvenirlər olan guşə, gözəllik salonları, kitabxana, sənət qalereyası, elmi-tədqiqat laboratoriyası — bütün bunları özündə ehtiva edən Gazelli House ruhun, bədənin və zehnin harmoniyasının təcəssümüdür.