Art House
İlk Gazelli Art House 2003-cü ildə Bakıda açıldı. Londonun müxtəlif qalereyalarında bir-biri ilə əlaqəli bir sıra sərgilərin uğurlu açılışı və kurasiyasının ardınca isə 2012-ci ildə Gazelli Art House-un Meyferdə Doverstritdə açılışı baş tutdu" — Mila Əsgərova, Gazelli Art House-un təsisçisi, Gazelli Group şirkətinin vitse-prezidenti.

"Elə həmin il "Pəncərə" layihəsi başladı. Burada qalereyanın vitraj pəncərələri işlərin nümayişi üçün əlavə platforma kimi istifadə edilirdi.

Qalereya tərəfindən ildə üç dəfə keçirilən ilkin nümayişdə iştirak edən rəssamlıq məktəbi məzunlarının əsərləri üçün sərgi ərazisi təmin etmək məqsədilə 2015-ci ildə layihə genişləndirildi.
2013-cü ildə Gazelli House sığorta, vəsiyyətnamə, trest və əmlakın qiymətləndirilməsi, habelə ayrı-ayrı rəsm
əsərlərinin və ya təsviri incəsənət kolleksiyalarının cari bazar dəyərinin qiymətləndirilməsi üzrə məsləhət də daxil olmaqla, peşəkar xidmətlərin göstərilməsi ilə təkrar bazarda xüsusi satış üzrə ixtisaslaşmağa başladı.

2015-ci ildə qalereya rəqəmsal və virtual reallıq üzrə işləyən rəssamlar üçün onlayn rezidensiya www.gazell.io domeni ilə yeni rəqəmsal formatını təqdim etdi
Made on
Tilda