"Londonda yaşayarkən mən tez-tez səyahət edirdim və səfərlərimdən həmişə yaxınlarıma maraqlı hədiyyələr gətirirdim. Bütün sərgilərə gedir, şəhər kənarına çıxır, dizaynerlərin təqdimatlarında iştirak edir, qeyri-adi əşyalar toplayırdım. Bu qeyri-adi hobbim sayəsində dostlarım bir müddət sonra məni "magpie", yəni "sağsağan" (rusca "soroka") adlandırmağa başladılar. Düşünürəm ki, hər şey məhz bu məqamdan başladı" — Cəmilə Əsgərova, SOROKA Concept Store-un təsisçisi, Gazelli Group şirkətinin vitse-prezidenti.